Albalılı piroq



Ərzaqlar:



Xəmir üçün:

1 st un

2 ədəd yumurta

1/3 st şəkər tozu

1 paket vanil

1/2 paket qabartma tozu

Üzlük üçün:

20 q kərə yağı

1/3 st şəkər tozu

300-350 q albalı

1 x.q kartof nişastası


Hazırlanması:

Tavaya yağı və şəkər tozunu töküb vam odun üstünə qoyub qarışdırırıq.



Yağ əriyib şəkər tozu ilə qarışanda tumu çıxarılmış albalını tavaya töküb qarışdırıb üstünə nişastanı əlavə edib 2-3 dəqiqə qarışdırıb götürürürük. (Şəkər tozunun əriməyini gözləməyin. Tamam ərisə şirni kimi bərk olacaq)



Şəkər tozu, vanil və yumurtanı ağaranadək mikserlə çalırıq.



Sonra qabartma tozunu və unu əlavə edib aşağı sürətlə çalırıq.



Diametri 26 sm olan qaba əvvəlcə albalını töküb yayırıq.



Sonra üstünə xəmiri töküb yayırıq.



180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. (Bişməsini çöplə yoxlayırıq)



İlıq olan kimi qabı çeviririk. Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (29 avqust 2017 11:17)
Salam, olar..
Könül (29 avqust 2017 09:25)
burda albalını malina əvəz etmək olar? pis olmaz?
Reseptaz (06 yanvar 2015 09:31)
salam, sizinle bahem. 1/3- stekenin 3-de 1-i qederdir..
aygun (06 yanvar 2015 00:44)
Salam bayraminiz mubarek 1/3 basa dusmedim aciq yazin xahs edirem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.