Albalı ilə kəsmikli piroq



Ərzaqlar:



2 st un

100 q kərə yağı

1/2 st şəkər tozu

4 ədəd yumurtanın sarısı

İç üçün:

400 q kəsmik

4 ədəd yumurta ağı

1/2 st şəkər tozu+ 2 x.q şəkər tozu

300 q albalı (təzə ya da dondurulmuş)


Hazırlanması:

Yumşalmış kərə yağı ilə şəkər tozunu qarışdırırıq.



Yumurtanın sarısını əlavə edib qarışdırırıq.



Unu əlavə edib yumşaq xəmir düzəldirik.



Xəmiri diametri 25-26 sm olan qaba yayırıq. Xəmir qabın kənarlarından 2 sm hündürlükdə olmalıdır. İçliyimızı hazırlayana qədər xəmiri soyuducuya qoyuruq.



Kəsmiyi çəngəl ilə əzib şəkər tozunu əlavə edib qarışdırırıq.



Yumurtanın ağını bərkiyənədək çalırıq.



Yumurta ağını kəsmiyin üstünə əlavə edib asta-asta qarışdırırıq.



Albalının tumunu çıxardıb suyunu süzürük. Sonra üstünə 2 x.q şəkər tozunu əlavə edib qarışdırırıq.



Xəmirin üstünə əvvəlcə albalını tökürük.



Albalının üstünə kəsmikli qarışığı töküb yayırıq.



180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.



Piroq bişdikdən sonra sobanı söndürün bir az içində qalsın.



İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.





Nuş olsun!


OXŞAR YAZILAR
.Kəsmikli piroq 5
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 1/2 st şəkər tozu 3 st un 2 ədəd yumurta 2 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil İçlik üç
.Hazır paxlavalıq yuxadan şöbiyet
(Türk mətbəxi) Ərzaqlar: 1 paket paxlavalıq yuxa 200 q kərə yağı İçlik üçün: 250 q çəkilmiş fındıq ləpəsi 2 st süd 1/2 st irmik Şərbət üçün:
.Qozlu burma paxlava
(Türk mətbəxi) Ərzaqlar: 18 ədəd hazır paxlavalıq yuxa 250 q çəkilmiş qoz ləpəsi 200 q kərə yağı Şərbət üçün: 2 st şəkər tozu 2 st su Ha
.Zebra keksi 4
Ərzaqlar: 1 st qatıq 1 st şəkər tozu 3 ədəd yumurta 3 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil 2 st un Hazırlanması: Yumurtanı bir q
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (30 oktyabr 2014 09:30)
nush olsun
kama (29 oktyabr 2014 16:37)
bisirdim cox lezzetli piroqdu
Reseptaz (27 fevral 2014 22:40)
elbetde bisire bilersiniz
nurane (26 fevral 2014 18:10)
nolar cavablandirinda bele formada qabim yoxdu olar sizde olan piroqlari adi yumru qabda bisirmek diametri eyni olacaq sadece adi yumru qab.
nurane (08 fevral 2014 00:19)
mende bele qab yoxdu olarki adi yumru qabda biwirim?tewekkurler:)
Reseptaz (28 yanvar 2014 08:59)
cox sag olun
sona (27 yanvar 2014 21:05)
ellerinize sagliq cox gozel gorunur
Reseptaz (12 yanvar 2014 20:46)
İstəyinizi nəzərə alacağıq. təşəkkürlər.
Teyyube (11 yanvar 2014 15:26)
Salam.portagalli keksi tezlikle hazirlayib bolushsez bizimle sevinerem...
Reseptaz (06 yanvar 2014 00:01)
nush olsun
Zerife (05 yanvar 2014 20:30)
ayda ne superdi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.