Abşeron tortu



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:



6 ədəd yumurta

2 st şəkər tozu

2 st un

1 st qoz ləpəsi

1ç.q sirkə

1 ç.q soda

1 paket vanil

Krem üçün:



1 ədəd qatılaşdırılmış süd

200-250 q kərə yağı

1/2 paket vanil (zövqə görə)

Tortu bəzəmək üçün:

Şokolad

Qoz ləpəsi


Hazırlanması:

Kremi hazırlamaq üçün: Qatılaşdırılmış süd ilə yağlı krem baxa bilərsiniz.

Bu ölçülərlə 2 lay bişirəcəyik. Bir lay üçün ölçülər aşağıdakı kimidir.

1 laya -  3 yumurta, 1 st şəkər tozu, 1 st un, 1/2 st qoz ləpəsi,

1/2 paket vanil, 1/2 ç.q soda, 1 ç.q sirkə

Qoz ləpəsini qazın üstündə tavada az qovururuq. Qoyuruq soyuyur.



Əvvəlcə 3 yumurtanın sarısını ağından ayırıb ağını mikserlə köpüklənənə qədər çalırıq.



Yumurta ağının üstünə 1 st şəkər tozunu az-az əlavə edib yenə mikserlə çalırıq. Sonra sarıları əlavə edib çalırıq.



Sodanı sirkə ilə qarışdırıb töküb mikserlə çalırıq.



1/2 st qozu bıçaqla doğrayıb töküb taxta qaşıqla qarışdırırıq.



Vanili və ələnmiş unu əlavə edib taxta qaşıqla qarışdırırıq.



Diametri 26-28 sm olan qabın içinə kağız qoyub xəmiri tökürük.



180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.



Bu qayda ilə ikinci layı da bişiririk. Tamam soyuduqdan sonra bıçaq vasitəsi ilə layları iki yerə bölürük.



Laylar tamam soyuduqdan sonra kremləyirik. Layları bir-bir qoyub aralarına krem çəkirik.







4-cü layı qoyub üstünü və tortun yanlarını kremləyirik.



Yanlarını və üstünü şokalat və qoz qırıntıları ilə bəzəyirik. Şokaladı sürtgəcdən keçirib tortun yanlarına vururuq. Üstünü həm şokalad həm də qoz ləpəsi ilə bəzəyirik.( Krem vasitəsilə də gül və ya yazı qoyub bəzəyə bilərsiniz)



Nuş olsun!

OXŞAR YAZILAR
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
.Şokolad kremli banan pirojnası
Ərzaqlar: 4 x.q nutella 200 q xama 200 q karə yağı 1 paket qabartma tozu 50q qoz ləpəsi Un aparanadək Hazırlanması: Qoz ləpəsini doğrayıb
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (18 noyabr 2016 17:22)
Ceyla xanım bizim biskvit reseptini eyniylə istifadə edin ümid edirəm hamısı qaydasında alınacaq. aşağıda linklerini yazdığım reseptlərlə edin.
http://resept.az/tort-ucun-biskvit-8366.html
http://resept.az/kesmi kli-krem-ile-biskvit-tortu-8271.html
ceyla (18 noyabr 2016 16:02)
Ressept az niye suallarimi cavablandirmirsiniz??????
ceyla (14 noyabr 2016 09:31)
Cooox xaiw edirem cavab yazin ressepr az
ceyla (12 noyabr 2016 23:43)
Birde ressept az coooox xaiw edirem sizde sualma cavab yazardiz men biskivit tortu eliyirem quru alinir neden olar ne qatim??sizde bawqa terkibli tortlar vaaar ferqli coox xaiw edirem cavablandirardiz onceden tewwekkur
ceyla (12 noyabr 2016 23:41)
Salam xanim sirke qatidigina gore biskiviti ferqlenir obiri biskivitlerden???
aygun (11 noyabr 2016 11:03)
cox gozel gorunur mutlek hazirlayacam
Reseptaz (20 fevral 2016 23:18)
salam, uzum sirkesi
Gulya (20 fevral 2016 20:00)
Salam.ne sirkesi tokulur?uzum sirkesi yoxsa uksus?
günel (03 noyabr 2015 10:53)
ellerinize salık
fatime (02 noyabr 2015 22:32)
salam.Mutleq kagiz qoymaq lazimdi.kagizsiz olmaz.
huseyn (02 noyabr 2015 22:29)
super cox dadlidir
sahin (31 iyul 2015 17:34)
Cox gozeldi duzu men bisirmirem:):):):)
lale (31 iyul 2015 17:32)
Cox gozel idi tesekkurler resept.az siz heqiqeten de bir cox mukafata layiqsiniz:):):):)
Reseptaz (15 fevral 2015 22:28)
Reseptdə yazılır istifadə olunur. Qlazur tökə bilərsiniz. Nuş olsun.
ulker (13 fevral 2015 23:32)
Salam bu tortun ustune qlazur tokmek olar?
elnare (07 fevral 2015 09:12)
yumurtanin sarisi lazim olmur?
Reseptaz (22 yanvar 2015 20:54)
Təşəkkür edirik.
Ramile (21 yanvar 2015 16:47)
HER KORJA MEN 1 CQ SODA 1CQ SIRKE TOKDUM.YENI YARIM CQ YOX.COX SAGOL RESEPT.AZ
Ramile (21 yanvar 2015 16:45)
SALAM MRN BISIRDIM QAYNATAMIN AD GUNUNDE ELA ALINDI.HAMI BEYENDI.MEN 1ST UNDAN VE 1 ST PESOKDAN HER IKISINDEN BIR BARMAQ AZ ISTIFADE ETDIM.FIKIRLESDIM KI 3 YUMURTA UCUN DOLU ST COX OLAR.BELKE DE DOLU ETSEM DE EYNI OLARDI.BILMIREM.BELE ETDIM .QALANINI ISE RESEPTDE NECE VAR ELE ETDIM.QIZLAR MESLEHET GORUREM MEN
Reseptaz (31 dekabr 2014 13:47)
Salam. İkisindən birini istifadə edin. Təşəkkürlər.
Kamal (30 dekabr 2014 23:07)
Düzü biz hələ yaxşı şişməsi üçün soda əvəzinə qabartma tozu vurduq. Amma tam istədiyimiz kimi alınmayacağını və daha doğrusu layı 2 yerə bölə bilməyəcəyimizi görüb layları ayrı-ayrı hamısını bişirdik. Siz qabartma tozu istifadə edin deyərkən soda əvəzinə istifadəni nəzərdə tutursuz yoxsa ikisini də eyni zamanda?
Təşəkkürlər bir daha rəyə görə!
Reseptaz (30 dekabr 2014 18:27)
Qaba yağ vurub un səpib bişirə bilərsiniz. Şişməyini istəyirdinizsə qabsrtma tozunu vura nilərsiniz. Təşıkkürlər.
Kamal (30 dekabr 2014 13:29)
Çox sağ olun cavablandırdığınız üçün!
Bir də bilmək istərdim ki yaxşı şişməni necə əldə etmək olar ki layı 2 hissəyə bölmək mümkün olsun?
Yaxşı şişmədiyinə görə və buna görə 2 hissəyə bölə bilmədiyimizə görə ayrı-ayrı 3 lay bişirməli olduq :((
istek (30 dekabr 2014 00:28)
salam.olr ki tavaya kagiz qoymadan bishirim?
Reseptaz (29 dekabr 2014 23:14)
Reseptdə də yazmışıq qoz ləpəsinin yonqarıdır.təşəkkürlər.
Kamal (29 dekabr 2014 12:00)
Bu səhfədə olan ən sonuncu şəkldə tortun üzərində olan ağ-ağlar nədir kremdir yoxsa nəyinsə qırıntıları?
Reseptaz (17 noyabr 2014 21:56)
Təşəkkürlər.
sara bayramova (03 sentyabr 2014 09:23)
cox sagolun gözel reseptlere goreee
sahin (31 avqust 2014 15:39)
Birde Buna oxsar basqa tort var varsa xais edirem adin deyin
sahin (31 avqust 2014 15:37)
Cox xosuma gelir bu tort twk
Reseptaz (19 avqust 2014 08:51)
Tam bişməmiş aşmısınız ondan şişi yatıb.Təşəllürlər.
xalide (18 avqust 2014 18:02)
men bisirdim quru alindi sodanin tami niye hiss olundu tofqada olanda sisdi agzini acmamis sisi yatdi niiiiiiiiiiiiiiiiiiiyeeeeee?
Reseptaz (03 mart 2014 23:26)
Nuş olsun.Bu tortda sirkə olmalıdır.Biz də təşəkkür edirik..
aska (03 mart 2014 23:13)
təşəkkürlər!
jale (25 dekabr 2013 22:53)
olar ki sirke vurmayaq?
ilknur (25 dekabr 2013 20:52)
cox gozel alindi atamin ad gununa bisirdim
Mahir (15 dekabr 2013 15:02)
men ne bilim nece uuuu tortu bisirirler
Reseptaz (03 noyabr 2013 20:55)
adi uzum,alma sirkesidir, qirmizi reklilerden.
aynur (02 noyabr 2013 13:37)
Istediyim sirkeden vura bilerem olarmi hew vurmuyum xaiw cavab yazardiz

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.